waplog

Təyyarəni drona çevirən sistemin sınaqları keçirilib (VİDEO)


ABŞ Hərbi Hava Qüvvələrinin tədqiqat laboratoriyası yüngül təyyarələri pilotsuz uçan aparatlara çevirməyə imkan verən "ROBOpilot" sisteminin ilk uçuş sınaqlarını keçirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, tez sökülən sistem pilot kabinasında oturacaqlar üçün bərkidicilərə quraşdırılır. O, idarəetmə orqanları, o cümlədən təyyarə şturvalına qoşulan çoxlu aktuator qurğularından ibarətdir. Cihaz göstəricilərinin oxunması üçün sistem kompüter görmə qabiliyyətinə malik bir neçə kameradan istifadə edir. Onun tərkibinə, həmçinin GPS qəbuledicisi və inersial ölçmə bloku daxildir. Sistem barədə ətraflı məlumat verilməsə də, mütəxəssislərin sözlərinə görə, "ROBOpilot" təyyarənin avtonom qalxma, uçma və enməsini təmin edir.

 

Bildirilir ki, "Cessna 206" yüngül təyyarəsində quraşdırılan sistemin sınaqları avqustun əvvəlində Yuta ştatında baş tutub. Təyyarə havada ümumilikdə 2 saat qaldıqdan sonra eniş edib.

 

Qeyd edək ki, ABŞ-da, həmçinin vertolyotların "ROBOpilot" sisteminin analoqları ilə təchiz edilərək onların pilotsuz uçan aparatlara çevrilməsi təklif olunur.

 

Nizam Nuriyev

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL