waplog

Qurğuların işləmə sürətini on dəfələrlə artıra bilən nanoelementlər hazırlanır


Rusiya Elmlər Akademiyasının Bərk Cisimlər Fizikası İnstitutunun mütəxəsissləri rəqəmli və kvant elektronikası üçün nanostrukturların hazırlanması üzərində işləyirlər ki, bu da qurğuların işləmə sürətini on dəfələrlə artıracaq və onların enerji səmərliliyini yüksəldəcək. Bu haqda tədqiqat rəhbəri professor Valeri Ryazanov bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, alimin sözlərinə görə, gələcəyin rəqəmli elektron qurğuları müasir qurğularla müqayisədə on dəfələrlə böyük sürətə və enerji səmərəliliyinə malik olacaqlar. Məsələn, kompüterlərdə prosessorların işləmə sürəti 10 Hs-dən bir neçə yüz Hs-dək arta bilər. Bu, yüksək keçiricilər əsasında hazırlanacaq xüsusi elementlərin köməyi nəticəsində mümkün olacaq, ancaq yeni texnologiyanın iki əsas çatışmazlığı var: hazırlanmış sturkturların ölçüsü çox böyükdür və onları yığcam cihazlarda istifadə etmək hələ ki mümkün deyil, ikincisi isə tutumlu enerjiyə qənaət edən maqnit yaddaşının olmaması.

 

Ən böyük axtarış aqreqatorlarının informasiyasını saxlayan serverlərin əsasını təşkil edən müasir yarımkeçirici elektronika enerji səmərəliliyi baxımından yüksək keçiricilər əsasında işləyəcək qurğularla müqayisə edilə bilməz.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL