waplog

“Bluetooth” texnologiyasının şifrələməsində boşluq aşkar edilib


“USENIX” simpoziumunda çıxış edən tədqiqatçıların qənaətinə görə, haker bir neçə saniyə ərzində “Bluetooth” texnologiyasının şifrələmə səviyyəsini zəiflədə bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, tədqiqatçılar qrupu aydınlaşdırıb ki, haker iki qurğunun qoşulması zamanı “Bluetooth” texnologiyasının şifrələmə səviyyəsini zəiflədə bilər ki, bu da ona cihaza müdaxilədən sonra məlumatları əldə etməyə, həmçinin casusluq etməyə və saxta məlumatlar göndərməyə imkan verəcək.

 

Lakin bütün qurğular sözügedən boşluq qarşısında dayanıqsız deyil. Təhlükəsizlik baxımından problem yalnız “Bluetooth Low Energy” texnologiyasından istifadə edən cihazlarda aşkar edilib. Bu tip cihazlarda daha zəif şifrələmə açarından istifadə olunur.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL