waplog

“Xiaomi” şirkəti 108 meqapiksellik kamera ilə təchiz edilmiş smartfon təqdim edəcək


“Xiaomi Mi Mix 4” smartfonu 108 meqapiksellik təsvir ölçülü kamera ilə təchiz ediləcək. Bu haqda “Gizmochina” dərgisi yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Mi Mix 4” smartfonu 2019-cu ilin sentyabrında təqdim ediləcək. Mənbələrin məlumatına görə, bu, 108 meqapiksellik “Samsung ISOCELL Bright HMX” kamerası ilə təchiz edilmiş ilk smartfon olacaq. Sözügedən sensor 12032x9024 nöqtə təsvir ölçülü şəkil çəkə biləcək, həmçinin gələn il təqdim ediləcək “Samsung Galaxy S11” aparatına quraşdırılacaq.

 

Bundan başqa, “Mi Mix 4” smartfonu “Snapdragon 855 Plus” prosessoru, 100 vatt gücündə enerjidoldurma texnologiyasını dəstəkləyən 4500 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək, ön kamera isə ekrana quraşdırılacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL