waplog

Noutbuk bazarında tədarük həcmi 7% artıb


2019-cu ilin iyulunda beş ən böyük noutbuk istehsalçısının ötən ayla müqayisədə avadanlıqların tədarük həcmini 20% azaltmasına baxmayaraq, illik hesablama üzrə tədarüklərin həcmi 7% yüksəlib. Bu barədə “Digitimes Research”in analitikləri məlumat veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin sözlərinə görə, yığcam kompüterlər bazarı “Intel” prosessorlarının tədarük həcminin yaxşılaşması və şirkətlərin Çindən ABŞ-a və əksinə elektronika idxalı ilə bağlı əlavə rüsumların tətbiqi ərəfəsində cihazları ehtiyat üçün toplamağa başlaması səbəbindən ildən-ilə artım nümayiş etdirib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL