waplog

Smartfonda az yer tutan “Google Go” proqramı əlçatan olub


Smartfonun daimi yaddaşında 7 MB yer tutan, “Android” sistemi ilə işləyən qurğularda “Google”un standart proqramına alternativ olan “Google Go” dünyada əlçatan olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, internetdə informasiya axtarışına xidmət edən “Google Go” proqramı ən zəif prosessora və daha az əməli yaddaşa malik smartfonlar üçün nəzərdə tutulub. Həmçinin mobil rabitənin siqnalı zəif olan bir şəraitdə işləmək üçün funksiyalara malikdir: məsələn, internetə qoşulma bir müddət kəsildikdə axtarış nəticələrini yadda saxlayır.

 

Həmçinin proqrama inteqrasiya edilmiş “Google Lens” funksiyası kameranın tuşlandığı yazıları ucadan oxumağa imkan verir. Bu funksiya veb səhifələri danışığa çevirə və səsli sorğular üzrə axtarış apara bilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL