waplog

“Volocopter” şirkəti uçan taksi təqdim edib


Almaniyanın “Volocopter” startapı kommersiya istifadəsi nəzərdə tutulmuş üçün öz ilk hazırlamasını – “VoloCity”ni təqdim edib. Bu, əl yükü olan iki insanı saatda 110 km-dək sürətlə 35 km-dək məsafəyə daşıya bilən uşan taksidir. Yeni hazırlama vertolyot vintləri əvəzinə daha az səs çıxaran rotorlarla təchiz edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “VoloCity” – bu, dördüncü nəsil avtomobildir, ilk üç nəsil sınaq və nümayiş məqsədilə hazırlanıb, 1000-dən çox uçuş həyata keçirilib. Şirkətin nümayəndəsi bildirib ki, onlar layihələşdirmə vaxtı Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən müəyyənləşdirilmiş standartlara əsaslanıblar.

 

İndi “Voloctoper” uçuş və eniş üçün portların yaradılmasını, həmçinin şəhərlərdə hava hərəkətinin idarəetməsini nəzərdə tutan infrastruktur və ekosistemin inkişafı ilə məşğul olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL