waplog

Məlumatların mühafizəsi üçün yeni konsorsium yaradılacaq


“Google”, “Intel” və “Microsoft” şirkətləri istifadəçi məlumatlarının mühafizəsi üzrə “Confidential Computing Consortium” adlı yeni konsorsium yaradacaqlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Gagadget” resursuna istinadən yazır ki, konsorsiuma, həmçinin “Alibaba Cloud”, “Arm, Baidu”, “IBM”, “Red Hat”, “Swisscom” və “Tencent” şirkətləri daxil olacaq. Təşkilatın məqsədi məxfi hesablamaların, açıq çıxış kodu və məlumatların mühafizəsi ilə işin ümumi standartlarının inkişaf etdirilməsidir.

 

Konsorsiumun planlarına 3 layihənin başa çatdırılması daxildir: “Intel” tərtibatçılar üçün kod və informasiyanı aparat səviyyəsində aşkarlanma və modifikasiyadan qorumağa kömək edən alətlər üzərində çalışır. “Microsoft” əlavələrin kriptoqrafik əməliyyatların təhlükəsiz yerinə yetirilməsi mühitində işə salınması üçün kod yazmağa imkan verəcək platforma üzərində iş aparır. “Red Hat Enarx” serverdən asılı olmayan əlavələrin yaradılması üçün platforma ilə məşğul olur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL