waplog

“Google”un neyroşəbəkəsi kiçik detal üzrə şəklin çəkilməsini tamamlamağı öyrənib


“Google Research”in mütəxəssisləri neyroşəbəkəyə bir kiçik fraqment üzrə şəklin çəkilməsini tamamlamağı öyrədiblər. Süni intellektin əsasını generativ-mübahisəli neyroşəbəkənin iş prinsipləri təşkil edir
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, bir sıra xidmətlər uzun müddət şəkillərin çatışmayan hissələrinin çəkilməsinin tamamlanması üçün süni intellekt texnologiyasından istifadə edirlər. Ancaq həmin xidmətlər yalnız şəkillərin kiçik hissələrini çəkə bilirlər.
 
“Google Research”in süni intellekti isə şəkillərin böyük hissələrinin çəkilməsini tamamlamağı öyrənib.
 
Neyroşəbəkənin işinin əsasını generativ-mübahisəli arxitektura təşkil edir. Bu konsepsiyaya əsasən, süni intellekt iki neyroşəbəkədən ibarətdir. Birinci neyroşəbəkə şəklin çəkilməsini tamamlayır, ikinci isə şəklin surətini əsl şəkillərdən ayırmağa çalışır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL