waplog

İnsanı onun siluetinə görə müəyyənləşdirə və hərəkət trayektoriyasını izləyə bilən yeni texnologiya hazırlanıb


Rusiyanın “NtechLab” şirkəti insanı onun siluetinə görə tanıyan və şəhərdə hərəkət trayektoriyasını izləyən yeni texnologiya hazırlayıb. Bu haqda şirkətin baş direktoru Aleksandr Minin deyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, işlək məhsul yaxın iki ay ərzində hazır olacaq, bundan sonra sözügedən texnologiya Moskvada və Rusiyanın başqa regionlarında, həmçinin xarici ölkələrdə sınaqdan keçiriləcək.

 

"İnsanın silueti onun sifəti kimi, həmçinin unikaldır. Texnologiya bizə yalnız silueti müəyyənləşdirməyə deyil, həm də şəhərdə quraşdırılmış kameraların köməyi ilə onun hərəkət trayektoriyasını izləməyə imkan verir. Məsələn, şəhərin mərkəzində velosiped oğurlanıb, kamera hadisə yerindən uzaqdadır və biz oğurlayan şəxsin sifətini deyil, siluetini qeydə almışıq. O zaman biz velosipedi oğurlayan şəxsin hərəkət marşrutunu tərtib edə və onun sifətini müəyyənləşdirəcək kameraya kimi olan marşrutu izləyə bilərik " – Minin deyib.

 

NtechLab - 2015-ci ildə proqramçı Artyom Kuxarenko və iş adamı Aleksandr Kabakov tərəfindən təsis edilmiş startap-şirkətdir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL