waplog

“iPhone” və “Samsung” smartfonlarında şüalanma səviyyəsi rəsmi normadan yuxarıdır


Son 3 ildə çıxarılmış “Apple” və “Samsung” smartfonları bəzən ABŞ Federal Rabitə Komissiyası (FCC) tərəfindən müəyyənləşdirilmiş normadan daha güclü radio dalğalar saçır. Bu haqda “Chicago Tribune” qəzetinin araşdırılmasında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, radio avadanlığın elektromaqnit şüalanma səviyyəsi şüalanmanın xüsusi udma əmsalı (specific absorption rate, SAR) adlı göstərici ilə ölçülür. Federal Rabitə Komissiyası yalnız SAR göstəricisi heç bir halda 1,6 Vatt/kq-dan yüksək olmayan smartfonların satışına və istifadəsinə icazə verir.

 

Araşdırma zamanı məlum olub ki, bir neçə il bundan əvvəl çıxarılmış və 3G və ya 4G şəbəkələrində işləyən smartfonlar bəzi hallarda müəyyənləşdirilmiş normanı 5 və daha çox üstələyə bilərlər. Sınaqlar zamanı "bədən" rolunda çıxış edən su, duz və şəkər qarışığından 2, 5, 10 və 15 mm məsafədə yerləşdirilmiş aparatlarda (“iPhone 7”, “8”, “8 Plus” və “X”, “Galaxy S8”, “S9” və “J3”, “Motorola e5”, “e5 Play” və “g6 Play”, həmçinin “BLU Vivo 5 Mini) SAR göstəricisi SAR datçikləri ilə ölçülüb. Sınaq FCC tərəfindən akkreditə edilmiş Kaliforniya laboratoriyası tərəfindən həyata keçirilib.

 

Məlum olub ki, “iPhone 7” aparatının 2 mm məsafədən şüalanma səviyyəsi normadan 2-4 dəfə yuxarıdır. “Samsung Galaxy” aparatının hər üç modelində SAR göstəricisi normadan yüksək olub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL