waplog

“Intel” süni intellekt üçün ilk prosessor hazırlayıb


"Intel" şirkəti "Nervana NNP-I" (digər adı Springhill) prosessorunu təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Digger" resursuna istinadən yazır ki, Çip böyük hesablama mərkəzlərində süni intellekt sistemlərinin fəaliyyəti üçün nəzərdə tutulub. Bu, şirkət tərəfindən süni intellektlə iş üçün yaradılan ilk prosessordur.

 

Məlumata görə, 10 nanometrlik "Ice Lake" prosessoru əsasında yaradılan "Springhill" minimal enerji miqdarından istifadə etməklə yüksək gərginliyin öhdəsindən gəlməyə imkan verir. Çipin "Intel Xeon" server mikroprosessorlarının imkanlarını tamamlayacağı gözlənilir.

 

Texnologiya "Intel" şirkətinin İsrail startaplarına, o cümlədən süni intellekt təlimini sürətləndirən prosessorların hazırlanması ilə məşğul olan "Habana Labs" və belə çiplər üçün arxitektura yaradan "NeuroBlade" şirkətlərinə yatırılan investisiyalar sayəsində ərsəyə gətirilib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL