waplog

“Silence” haker qruplaşmasının vurduğu ziyan açıqlanıb


"Silence" haker qruplaşmasının bütün dünya üzrə vurduğu ziyan 4,2 milyon dollar təşkil edib. Bu barədə kiberhücumların qarşısının alınmasında ixtisaslaşan "Group-IB" beynəlxalq şirkətinin "Silence 2.0: going global" adlı texniki hesabatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, 2018-ci ilin mayından avqustun 1-dək olan müddət ərzində ekspertlər tərəfindən qruplaşmaya məxsus müxtəlif ölkələrin bankların qarşı yönələn 16 yeni kampaniya qeydə alınıb. 2019-cu ildə haker hücumlarının coğrafiyası qrupun mövcudluğu tarixində ən genişi olub. Belə ki, onlar Asiya, Avropa və MDB-nin 30-dan çox dövlətində işçi stansiyaları viruslara yoluxdurublar.

 

Kibertəhlükəsizlik üçün həllər tərtibatçıları tərəfindən diqqətin artırılmasına cavab olaraq "Silence" alətlərində bir sıra modifikasiyalar aparılaraq yenilərindən istifadəyə başlanılıb. Məsələn, hücumun ilk mərhələsində tətbiq edilən və onun uğurluluğunu müəyyənləşdirən "Silence.Downloader" (və ya TrueBot) fayl yükləyicisi əsaslı şəkildə yenilənib. Dəyişikliklər, həmçinin "Silence.Downloader" və "Silence.Main" yükləyicilərinin icra məntiqinə, eləcə də botlar tərəfindən yerinə yetirilən komandalara şamil edilib.

 

Bundan başqa, mayda "Ivoke" bekdoru – vəzifəsi yoluxdurulmuş sistem barədə məlumatlar toplamaq və növbəti mərhələni idarəedici serverin komandası ilə yükləmək olan tam faylsız troyan aşkarlanıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL