waplog

HP şirkətinin baş direktoru dəyişib


Dion Vaysler ailə vəziyyəti ilə əlaqədar HP şirkətinin baş direktoru vəzifəsini tərk etmək qərarına gəlib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RG” resursuna istinadən yazır ki, artıq noyabrda internet texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətin hazırkı rəhbəri doğma vətəni – Avstraliyaya dönəcək.

 

Məlumata görə, yeni baş direktor isə Enrike Lores təyin olunub. 2015-ci ildən şirkət prezidenti vəzifəsini icra edən D.Vaysler səhmdarların növbəti ildə keçiriləcək görüşünədək Direktorlar Şurasına daxil olacaq.

 

Qeyd edək ki, mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşən HP 2015-ci ildə “Hewlett-Packard” şirkətinin bölünməsi nəticəsində yaradılıb. Həmin vaxt, həmçinin digər şirkət – “Hewlett Packard Enterprise” təsis edilib. HP şirkəti “Hewlett Packard”ın rəsmi hüquqi varisi olmaqla birjada onun internet domenini və adını saxlayıb. Kompüter, printer və onların komponent hissələrinin istehsalı ilə məşğul olan HP şirkətinin kapitallaşması 28 milyard dolları ötür.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL