waplog

Britaniyada dünyada günəş enerjisi ilə işləyən ilk dəmir yolu istifadəyə verilib


“Riding Sunbeams” şirkəti Hempşir şəhərində dünyada günəş enerjisi ilə işləyən ilk dəmiryol xəttini istifadəyə verib. Sözügedən dəmiryol xəttinin uzunluğu çox olmasa da, artıq eksperimental deyil, davamlı işləyir. Şirkətin rəsmisi 2020-ci ildə şəhərətrafı dəmiryol xətlərini yeni enerji mənbəyinə keçirməyə söz verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, kontakt relsinə enerji birbaşa günəşdən deyil, kabel vasitəsilə yaxınlıqda yerləşən günəş elektrik stansiyasından verilir. Yaxınlıqda yerləşən fermer təsərrüfatında enerji generasiya edən 100 günəş paneli quraşdırılıb. Bu layihənin özəlliyi odur ki, günəş elektrik stansiyası xüsusi olaraq dəmir yolu üçün qurulub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL