waplog

2019-cu ilin ikinci rübündə qlobal smartfon satışının həcmi 1,7% azalıb


2019-cu ilin ikinci rübündə qlobal smartfon satışının həcmi 1,7% azalaraq 368 milyon təşkil edib. Bu haqda “Gartner”in proqnozunda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, Çin smartfonlarına satışına görə ən böyük regional satış bazarı olaraq qalıb: illik hesablama üzrə satışların həcmi 0,5% yüksələrək 101 milyon təşkil edib. Həmçinin Braziliyada müsbət dinamika ( 1.3%) qeydə alınıb.

 

Digər ölkələrdə 2018-ci illə müqayisədə azalma müşahidə olunub. Məsələn, Hindistanda aprel-iyun aylarında smartfonların satış həcmi 2,3% azalaraq 35,7 milyon təşkil edib. Analitiklər bunu hindistanlı istifadəçilərin düyməli telefonlardan smartfonlara keçməsində qeydə alınan ləngimə ilə izah ediblər.

 

“Gartner” şirkətinin proqnozuna görə, 2019-cu ilin ikinci yarısında smartfonlara tələbat zəif olaraq qalacaq. Gözləntilərə görə, smartfon bazarının həcmi 1,5 milyard qurğunu ötməyəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL