waplog

“Instagram” öz messencerini sınaqdan keçirməyə başlayıb


"Facebook" şirkəti "Threads" adlı yeni messencerini sınaqdan keçirməyə başlayıb. İstifadəçilər bu messencer vasitəsilə "Instagram"da öz dostları ilə məzmunu paylaşa biləcəklər. Bu haqda "The Verge" portalı yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, portalın məlumatına görə, şəkil, mətn və çarxlardan əlavə hərəkət sürəti, olduğu yer, akkumulyatorun iş vaxtı haqqında avtomatik paylaşım etmək mümkün olacaq. Messencer istifadəçinin şəbəkədə olub-olmamasını avtomatik rejimdə qeyd edəcək.

 

Hazırda proqram daxili yoxlamadan keçir. Proqramın istifadəyə veriləcəyi tarix açıqlanmır. "Instagram"ın rəsmisi bu məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL