waplog

İsveçrədə binaların fasadları üçün “ağıllı” günəş elektrik stansiyası hazırlanıb


İsveçrə Federal Texnologiya İnstitutunun (ETHZ) mühəndisləri binaların fasadları üçün “ağıllı” günəş batareyaları hazırlayıblar. Şaquli və üfuqi fırlana bilən panellər cari dövrdə otaqları optimal dərəcədə istilətmək və sərinlətmək məqsədilə günəşə tərəf lazımi nöqtəni seçir. Mütəxəssislər yeni hazırlama haqqında “Nature Energy” jurnalında məlumat veriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, ETHZ-in saytında yazılır ki, professor Arno Şlyuterun rəhbərlik etdiyi elmi qrup hava şəraitindən asılı olaraq binanın divarlarına düşən günəş şüasının miqdarını tənzimləyən "elektrik enerjisinin generasiyası üçün hərəkətli günəş panelləri sistemi" hazırlayıb. İsti yay günlərində bu sistem fasada bərkidilmiş statik günəş panellərindən daha məhsuldardır.

 

"İnnovativ fasad yüngül polad burazlardan ibarət tora bərkidilmiş bir çox hərəkətli günəş panelindən ibarətdir. Həmin panellər yumşaq avtomatlaşdırılmış elementlərin köməyi ilə şaquli və üfüqi şəkildə öz vəziyyətlərini dəyişdirir” – alimlər bildiriblər. Onların sözlərinə görə, məhz bu avtomatlaşdırılmış elementlər sistemin özəyidir. Avtomatlaşdırılmış elementlər hava dəyişikliklərinə qarşı dayanıqlıdır, hətta fırtına onlar üçün qorxulu deyil.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL