waplog

Hindistan fizikləri dünyada ilk dəmir-ion akkumulyatoru hazırlayıblar


Mədrəs Hindistan Texnologiya İnstitutundan olan fiziklər qrupu dəmir xloratdan hazırlanmış elektrolitlər vasitəsilə cərəyan keçirən dünyada ilk dəmir-ion akkumulyatoru hazırlayıblar. Bu haqda “Energy Trend” dərgisi yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, dəmir-ion akkumulyatorları klassik litium-ion batareyalarına bənzər şəkildə işlənib hazırlanıb.

 

Alimlərin iddiasına görə, bu tip akkumulyatorlar nəzəri cəhətdən batareyaların istehsal dəyərini azaltmağa, həmçinin onların tutumunu artırmağa imkan verəcək. Buna baxmayaraq, sınaqlar zamanı alimlər batareyanın sıxlığını yalnız 220 vt-saat/kq-dək çatdıra biliblər, halbuki litium-ion batareyalarda bu göstərici 350 vt-saat/kq təşkil edir. Digər bir problem isə odur ki, yeni tip batareyada yenidən enerji doldurma yalnız 150 dəfə təşkil edir.

 

Dəmir litium-ion batareyalarda müşahidə olunan dendritlərin yaranmasına gətirib çıxartmır. Bu, yeni tip akkumulyatorlarla işləyən qurğuların təhlükəsizliyini maksimum dərəcədə qorumağa imkan verəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL