waplog

Yaddaşı imitasiya edən qurğu hazırlanıb


Moskva Fizika-Texnika İnstitutunun alimləri məlumatların bir hissəsini yadda saxlayan və uzun müddət müraciət edilməyi halda informasiyanı "unudan" qurğu təqdim ediblər. Alimlər sözügedən qurğunu memristor (ondan keçən enerjidən asılı olaraq öz müqavimət qabiliyyətini dəyişdirə bilən element) əsasında hazırlayıblar. Alimlər yeni qurğunun köməyilə məlumatları insan kimi yadda saxlayacaq və öyrənəcək neyromorfik kompüter hazırlamaq istəyirlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, yeni qurğu insan beyninin hissələrinin fəaliyyətini imitasiya edir. Məsələn, alimlər sinapsın iş prinsiplərini əsas götürərək funksiya reallaşdırıblar ki, nəticədə qurğu lazım olan informasiyanı yadda saxlayır, sonra isə sistem üçün az əhəmiyyət daşıyan və ya uzun müddət müraciət olunmayan hissəni unudur. Bir neçə belə qurğu yeni neyromorfik kompüterlərin yaradılması üçün əsas ola bilər.

 

Neyromorfik kompüterlər – bu, insan beyninin iş prinsiplərini imitasiya edən qurğulardır. Onlar məlumatların ötürülməsi, saxlanılması və qəbul edilməsi üçün məsuliyyət daşıyan neyron, akson və dendritlərin fəaliyyətini modelləşdirir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL