“Panasonic” şirkəti GPS və barmaq izləri skanerinə malik "ağıllı" çamadan təqdim edib
“Panasonic” şirkəti “Samsonite” turizm avadanlıqları istehsalçısı ilə birgə “EVOA Tech” adlı "ağıllı" çamadan hazırlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, çamadan baqajın yerini izləməyə, yaxında və ya xeyli uzaqda olduqda siqnal göndərməyə imkan verəcək “Bluetooth” trekerlə təchiz edilib. Həmçinin onun köməyilə iki tərəfli izləmə sayəsində öz smartfonunu tapmaq mümkündür. Xüsusi proqram vasitəsilə çamadanı idarə etmək mümkündür.
Çamadanın digər bir funksiyası üç kontakta SOS siqnalı göndərmək imkanına malik olmasıdır. Bundan başqa, çamadan səyahətlər zamanı gözəl anların şəklini çəkən “Selfie button” düyməsinə malikdir.
“EVOA Tech”, həmçinin biometrik bloklama sistemi, daxili tərəzi və qurğuların enerji ilə doldurulması üçün USB portla təchiz edilib. Barmaq izləri skanerinin yaddaşı 10 nəfər üçün nəzərdə tutulub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL