“8K” formatlı televizorlar üçün rəsmi spesifikasiyalar təsdiqlənib
İstehlak elektronikası sahəsində texnoloji nəhənglərin yaratdığı “8K” Assosiasiyası “8K Ultra HD” təsvir ölçülü yeni televizorlar üçün spesifikasiyalar qəbul edib. Bu, “8K” ekosisteminin inkişafının sürətləndirilməsinə xidmət edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, assosiasiyanın tərkibinə “Samsung Electronics”, “Panasonic”, “AU Optronics”, “Hisense”, “TCL”, “Astro Design”, “ATEME”, “Chili”, “Innolux”, “Intel”, “Louis Pictures”, “Novatek”, “Samsung Display”, “Tencent”, “V-Silicon” və “Xperi” şirkətləri daxildir. Təşkilat üzvləri dünyada bütün “8K” panellərinin təxminən 90 faizini istehsal edir.
Assosiasiya ekspertləri tərəfindən hazırlanan spesifikasiyalar dəsti texniki standartdır və alıcılara əldə edilən məhsulun əminliyinə imkan verəcək.
“8K” Assosiasiyasının qərarına görə, “8K” formatlı televizorlar bu xüsusiyyətlərə cavab verməlidir: təsvir ölçüsü: 7680x4320 piksel, kontent üçün kadr tezliyi: saniyədə 24, 30 və 60 kadr, ekran parlaqlığı: maksimum 600 kandel kvadratmetr (kd/m2), kodek: “HEVC”, interfeys: “HDMI 2.1”.
Əlavə məhsuldarlıq və interfeys xüsusiyyətləri “8K” Assosiasiyasının üzvləri üçün nəzərdə tutulub.
Yeni standarta uyğun bütün “8K” modellərinin qablaşdırması xüsusi loqotipə malik olacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL