10 düymlü ekrana malik planşet
Veb-mənbələrin məlumatına əsasən, “HTC” şirkətinin baş direktoru Piter Çou üçüncü nəsil “nVidia Tegra” aparat platformasında “HTC Android” planşetinin hazırlandığını təsdiq edib.
Kompyuter 10,1 düymlü 1280×768 nöqtə kəskinlikli sensor ekrana malik olacaq, 1 Qb əməli yaddaş və 16 QB tutumlu fləş daşıyıcı ilə təchiz ediləcək. Həmçinin, kamera, “Bluetooth 4.0” və “Wi-Fi” simsiz rabitə adapterləri, “MicroSD” slotu, “Beats” audio sistemi olacaq.
Qeyd edək ki, “Tegra 3” platforması 1,4 QHz takt tezlikli 4 əsas hesablama nüvəsindən, köməkçi aşağı voltlu nüvədən və “GeForce” qrafik kontrollerindən ibarətdir.
Ehtimal ki, yeni qurğunu “Mobile World Congress 2012” (Barselona, İspaniya, 27 fevral - 1 mart) sərgisində təqdim edəcəklər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL