waplog

“Bluetooth 5.1” standartlı ilk çipin imkanları məlum olub


“Huawei” şirkəti “Bluetooth 5.1” və “Bluetooth Low Energy 5.1” standartlarını dəstəkləyən “Kirin A1” çipini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, məlumata görə, model hər iki qulaqcığa aşağı gecikmə siqnal vaxtı ilə ikikanallı sinxron məlumat ötürmə imkanı ilə fərqlənir. Yeni qurğu “Bluetooth” üçün rekord 6,6 Mbit/saniyə sürətlə məlumat ötürməni təmin edir və “BT-UHD” protokolunu (yüksək təsvir ölçülü səsin 2,3 Mbit/saniyə sürətlə simsiz translyasiyası) dəstəkləyir. Çipin tərkibinə rəqəmli siqnal prosessoru, operativ yaddaş modulu və enerji idarəetmə mikrosxemi daxildir.

 

İstehsalçının məlumatına görə, “Apple H1” modelindən 5 faiz kompakt olan “Kirin A1” məhsuldarlığına görə “Apple AirPods” qulaqcığında istifadə edilən həlli üçdəbir dəfə üstələyir, enerjidən isə 50 faiz az istifadə edir. Çip “Bluetooth 5.1” və “Bluetooth 5.1 Low Energy” (aşağı enerji sərfiyyatlı xüsusi variant) standartlarına uyğunluq üçün sertifikasiyadan keçib.

 

“Kirin A1” ilə təchiz edilən ilk qurğu bir müddət əvvəl təqdim edilən “Huawei FreeBuds 3” qulaqcığı olub. Nümayişi gözlənən “Watch GT 2” “ağıllı” saatı da yeni nəsil “Bluetooth” modulu ilə təchiz olunacaq. Gələcəkdə yeni çiplə təchiz edilən məhsulların çeşidinin genişləndirilməsi planlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL