waplog

Məcburi köçkünlər üçün salınan qəsəbədə müasir rabitə xidməti yaradılacaq


Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün salınan və bu günlərdə istifadəyə verilməsi gözlənilən 552 ailəlik yeni qəsəbə müasir rabitə və informasiya texnologiyaları ilə təmin ediləcək.

”Aztelekom”İB-dən verilən məlumatda bildirilir ki, qəsəbənin telefonlaşdırılması məqsədilə nəzərdə tutulan layihənin həyata keçirilməsi nəticəsində hər bir məcburi köçkünün mənzilini yüksək keyfiyyətli rabitə xidməti ilə təmin etmək mümkün olacaq. Bundan başqa ərazi Laçın Rabitə Qovşağı tərəfindən poçt rabitə xidməti ilə də təmin ediləcək.

Qeyd edək ki, Neft Şirkətinin vəsaiti hesabına salınan qəsəbədə 360 yerlik orta məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, yanğınsöndürmə deposu, hər birinin tutumu 50 kubmetr olan iki su anbarı tikilmiş, müasir sutəmizləyici qurğular quraşdırılmışdır.

14 kilometr uzunluğunda magistral içməli su xətti, 110/10 kilovoltluq elektrik yarımstansiyasını qidalandırmaq üçün 20,3 kilometr uzunluğunda elektrik verilişi və təbii qaz xətləri çəkilmişdir.

Ağcabədi rayonu ərazisində olan Xocavənd, Yastıyol və Taxtakörpü fin qəsəbələrində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkün ailələrinin yaxın vaxtlarda qəsəbəyə köçürülməsi nəzərdə tutulub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL