waplog

“Oppo A9 2020” smartfonu təqdim olunub


"Oppo" şirkəti yeni "Oppo A9 2020" smartfonunu təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DNI24" resursuna istinadən yazır ki, məlumata görə, sentyabrın 16-dan etibarən Hindistan bazarında satışa çıxarılacaq qurğunun əsasını 1,8-2 QHs takt tezliyində işləyən səkkiznüvəli "Snapdragon 665" prosessoru təşkil edir. Komplektləşdirmədən asılı olaraq qurğu 4-8 giqabaytlıq operativ və 128-256 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunacaq. Həmçinin iki SİM kart dəstəyi və müstəqil "microSD" yaddaşı mövcuddur. "Oppo A9 2020" smartfonu 1600x720 piksel təsvir ölçülü 6,5 düymlük ekrana malik olacaq. Onun üst hissəsində 16 meqapikselli ön kamera yerləşir. Əsas kamera 48, 8, 2 və 2 meqapikselli olmaqla dörd kameradan ibarət olacaq. Bundan başqa, işıqlandırıcı nəzərdə tutulub. Arxa paneldə barmaq izi skaneri üçün skaner quraşdırılıb.

 

Bildirilir ki, "Dolby Atmos" texnologiyasını dəstəkləyən qurğu iki dinamikə malikdir. Bundan əlavə, model "4G", "Wi-Fi", "Bluetooth 5", "GPS", "GLONASS" və "Beidou" modullarının dəstəyi ilə təchiz edilib. Smartfonun daha bir fərqləndirici cəhəti onun böyüktutumlu – 5000 milliamper/saatlıq akkumulyatorla təchiz olunmasındadır.

 

"Oppo A9 2020" smartfonu iki – göyümtül-bənövşəyi və tünd-yaşıl qradiyent rəngində təklif ediləcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL