waplog

“5G” və süni intellekt işçilərin ixtisasının artırılması üçün istifadə ediləcək


“Nokia”, “NTT DoCoMo” və “Omron” şirkətləri müəssisələrdə beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) və süni intellekt texnologiyasından istifadə etmək qərarına gəliblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, məlumata görə, “Nokia” iri telekommunikasiya avadanlığı istehsalçısıdır, “NTT DoCoMo” Yaponiyada oxşar bizneslə məşğul olur, “Omron” brendi isə sənaye qurğularının avtomatlaşdırılmasında ixtisaslaşıb. Onlar süni intellekt əsasında işçiləri ümumi izləmə sistemi yaradacaqlar. Süni intellekt kamera və səs ötürücüləri vasitəsilə əməkdaşların işinin səmərəliliyini real vaxt rejimində analiz edəcək.

 

Daha sonra süni intellekt nəticələrdən asılı olaraq işçiləri qruplara böləcək, eləcə də uğurlu və uğursuz əməkdaşlar arasında fərqi müəyyənləşdirəcək. Belə sistemin təmini üçün yüksəksürətli stabil internet bağlantısı tələb olunacaq. Bu səbəbdən yeni nəsil “5G” şəbəkəsindən istifadə planlaşdırılır.

 

Texnoloji brendlər tərəfindən işçilərin hərəkətləri, onların baxış istiqaməti, əzələ qruplarının zəiflik və ya gərginliyi və bir əməkdaşın digərindən hansı səbəbə görə effektiv işləməsi ilə bağlı sualı cavablandıran digər istənilən göstəricilər təhlil olunacaq. Süni intellektin məşğul olacağı digər vacib vəzifə iş zamanı yaranan səs-küyün insanların söhbətlərindən ayrılması olacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL