waplog

Astronavtlar tarixdə ilk dəfə kosmos şəraitində sement hazırlayıblar


Beynəlxalq Kosmik Stansiyanın bortunda olan alimlər komandası tarixdə ilk dəfə çəkisizlik şəraitində sement hazırlayıblar. Təcrübənin məqsədi gələcək kosmik missiyalar zamanı başqa planetlərdə ev qurmaq üçün tikinti materialı istehsalının imkanlarını qiymətləndirməkdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, astronavtlar sementin əsas maddələrini – trikalsium silikatı su ilə qarışdırıblar və əldə olunmuş qarışığın bərkiməsi üçün 42 gün gözləyiblər.

 

Ancaq təcrübə bəzi suallara aydınlıq gətirməyib. Yerdə sement tozu su molekullarını udaraq məlum kristal strukturunu formalaşdırır. Lakin çəkisizlik şəraitində bu proses tamamilə fərqlidir. Beləliklə, alimlər "kosmik" sementdə məsamələrin çox olduğunu qeyd edirlər ki, bu da onun möhkəmliyinə təsir edə bilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL