waplog

“Volocopter” şirkəti hava taksisini şəhər şəraitində sınaqdan keçirir


“Volocopter” şirkəti Almaniyanın Ştutqart şəhərində “Volovopter 2X” adlı hava taksisinin şəhər mühitində keçirilən sınaqları üzrə ilk mərhələni bitirib. Sınaqlar zamanı 18 rotorlu aparat uğurlu uçuş həyata keçirərək şəhərin mərkəzində yerləşən idman meydançasına eniş edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Volovopter 2x” çəkisi 160 kq-dan çox olmayan iki nəfərin daşınması üçün nəzərdə tutulmuş multikopterdir. Saatda maksimum 110 km-lə hərəkət edən hava taksisinin uçuş uzaqlığı 35 km təşkil edəcək. Eyni zamanda multikopter tamamilə avtomatik rejimdə uçuş və eniş edə bilər.
 
“Volovopter”in ilk sınaqları hələ 2013-cü ildə həyata keçirilmişdi. Bütün sınaqlar Almaniya və Dubayda (Dubay hökuməti gələcəkdə hava taksilərindən ibarət şəbəkə yaratmağı planlaşdırır) həyata keçirilib.
 
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL