waplog

Binəqədi rayonunda tikilən yeni baza stansiyası istismara hazırdır


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Bakı şəhərində CDMA simsiz rabitə xidmətinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi olaraq Binəqədi rayonu 9-cu mikrorayon ərazisində tikdiyi yeni basa stansiyası istismara hazırdır.

Bu barədə “ictnews”-a birliyin CDMA xidməti şöbəsinin rəisi Murad Cəbrayılov bildirib. Onun sözlərinə görə, bu iş tamam başa çatdıqdan sonra Yasamal rayonu ərazisində də yeni baza stansiyası qurulacaq.

Şöbə rəisi əlavə etdi ki, nəzərdə tutulan avadanlıqlar “Huawei” şirkətindən alınır. Qeyd edək ki, artıq CDMA stansiyasının tutumu 20 min nömrəyə çatdırılıb.

Məlumat üçün bildirək ki, BTRİB 511 və 555 indeksasiyası ilə CDMA xidmətləri göstərir. “Aztelekom” İB ilə BTRİB arasında rouminq hesabına hər iki birliyin CDMA abunəçiləri ölkənin istənilən regionunda öz telefonundan istifadə edə bilər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL