Əyilən və dartılıb uzadılan akkumulyator hazırlanıb
İstehsalçıların elastik ekranlı smartfonlar istehsal etmək tendensiyası ilə əlaqədar mühəndislər müvafiq akkumulyatorların hazırlanması üsullarını axtarmağa başlayıblar. İsveçrə Federal Texnologiya İnstitutunun tədqiqatçıları uzadıla bilən elastik akkumulyator prototipi hazırlamağa müvəffəq olublar.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni batareyanı əymək, sarımaq, dartıb uzatmaq olar, bu halda o, əvvəlki kimi işləyəcək. Prototipin formasının belə dəyişikliklər vaxtı qidalanmanı verməsi durmur. Akkumulyatorun hazırlanmasında xüsusi elektrolit, həmçinin polimer kompozitdən istehsal edilmiş anod və katod istifadə edilib. Akkumulyatorun daxili səthi nazik gümüş təbəqə ilə örtülüb.
Akkumulyatorun əyilməsi vaxtı gümüş təbəqədə kontakt itmir. Bununla əlaqədar olaraq kontaktlarda enerji təminatı kəsilmir.
İstehsalçılar əmindirlər ki, yeni akkumulyator tipi bir çox qurğularda tətbiq ediləcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL