waplog

İlk “OnePlus” televizoru rəsmən təqdim edilib


Çinin "OnePlus" istehsalçısı "OnePlus TV" adlı ilk "ağıllı" televizoru rəsmən təqdim edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "IT Zine" resursuna istinadən yazır ki, televizor "4K UHD" təsvir ölçülü 55 düym diaqonallı "QLED" ekranla təchiz edilib. Bundan başqa, "NTSC" rəng əhatə dairəsi 120 faiz təşkil edir. "OnePlus TV" qurğusunun hansı prosessor əsasında işləyəcəyi barədə məlumat verilmədiyinə görə onun "MediaTek MT5670" çipi ilə təchiz olunacağı gözlənilir. Təqdimatda, həmçinin qurğunun "Android TV" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi açıqlanıb.
 
Məlumata görə, rəsmən "OnePlus TV 55" adlanacaq televizor iki versiyada təklif olunacaq: "TV 55 Q1" və "TV 55 Q1 Pro". Kiçik versiya səs panelinə malik olmayacaq, digər xüsusiyyətlərə görə modellər tam oxşardır.
 
"OnePlus TV" sentyabrın 28-dən etibarən satışa çıxarılacaq. "TV 55 Q1" versiyasının qiyməti 985 dollar, "TV 55 Q1 Pro" modelinin isə 1410 dollar təşkil edəcək.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL