waplog

Şimali Koreya 290 dollar məbləğində öz smartfonunu təqdim edib


Şimali Koreya 15-ci Pxenyan beynəlxalq payız malları sərgisi çərçivəsində "Pxurın xanıl" ("Mavi səma") adlı qabaqcıl smartfonunu təqdim edib. Cihaz FHD+ formatlı displey və 4 kamera ilə təchiz edilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, 6 düymlük ekranın təsvir ölçüsü 1080x2160 nöqtə təşkil edir. Əsas kameranın dörd modulundan biri 16 meqapiksellik sensorla təchiz edilib. 64 QB-lıq daxili yaddaş quraşdırılıb.
 
Cihazın arxa panelində kameranın yaxınlığında barmaq izləri skaneri quraşdırılıb. Həmçinin qurğuda sifətin tanınması vasitəsilə blokdan çıxarma funksiyası əlçatandır.
 
Ekran hissəsində düymələr yoxdur: idarəetmə jestlər vasitəsilə həyata keçirilir.
 
Smartfonun dəyəri 290 dollar təşkil edir ki, bu, hətta Şimali Koreyanın zəngin sakinləri üçün yüksək qiymətdir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL