Çində dünyanın ən böyük aeroportu fəaliyyətə başlayıb
Çində “Dasin” adlı yeni beynəlxalq aeroport rəsmi fəaliyyətə başlayıb. Çin hakimiyyəti aeroportun tikintisinə 63 milyard dollardan çox vəsait xərcləyib.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, yeni aeroport 4 uçuş-enmə zolağı ilə təchiz edilib. 2025-ci ilədək “Dasin” hava limanının ötürmə qabiliyyəti ildə 72 milyon nəfər təşkil edəcək və gələcəkdə bu göstərici 100 milyonadək arta bilər.
Aeroportun sahəsi təxminən 700 min kv.m təşkil edir. “Dasin” hava limanında ümumilikdə 79 “qeyt” olacaq. Aeroport 10 Mvt-dan çox elektrik enerjisi istehsal edə biləcək nəhəng günəş batareyaları ilə təchiz edilib və istilik sistemi xüsusi yerüstü nasos sistemi sayəsində həyata keçiriləcək.
“Dasin” hava limanı yağış suyunun toplanılması və idarə edilməsi sisteminə malikdir ki, bu da uzunmüddətli leysan yağışları zamanı subasmanın qarşısını almağa imkan verəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL