Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Zakari Qross arasında görüş keçirilib.
Nazirlikdə baş tutan görüşdə iki ölkə arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin “Bakutel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Fransanın texnologiya şirkətlərinin məhsul və həllərinin nümayiş olunacağı Fransa Milli Pavilyonunun təşkili məsələsi müzakirə olunub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL