waplog

Ekzoplanetlərin axtarışı üçün teleskopun sınaqları keçirilib


ABŞ Kosmik Agentliyi (NASA) Yer kürəsinə bənzər planetlərin axtarışı məqsədilə işığı ulduzlardan ayırmaq üçün xüsusi optik texnologiyadan istifadə edən “PICTURE-C” teleskopunu 38,1 kilometr hündürlüyə qaldırıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ITCua.www.itc.ua” resursuna istinadən yazır ki, məlumata görə, teleskopu verilmiş hündürlüyə qaldırmaq üçün “NASA” ölçüsünə görə futbol meydançasına bərabər geldən ibarət aerostatdan istifadə edib. Bu ölçüdə aerostat teleskopun böyük qabaritlərə və ağır çəkiyə malik olması ilə əlaqədardır. Belə ki, onun uzunluğu 4,3 metr, eni 0,9 metr, çəkisi 680 kiloqram təşkil edir.
 
Bildirilir ki, “PICTURE-C” teleskopu daha aydın görüntünü təmin etmək üçün Yer atmosferinin sərhədində fəaliyyət göstərəcək. Bu, bir buraxılışdan sonra havada bir neçə saat qalacaq çoxdəfəli avadanlıqdır. Missiya başa çatdıqdan sonra teleskop ayrılaraq paraşüt vasitəsilə Yerə dönəcək. Agentlik tərəfindən layihəyə 5,6 milyon dollar investisiya yatırılıb.
 
Teleskopun növbəti buraxılışı 2020-ci ilə nəzərdə tutulur. Qurğu tədqiqat qrupuna planetlərin axtarışında kömək üçün daha çox kosmik məkan şəkilləri çəkəcək. Layihə, həmçinin Yer kürəsinə bənzər planetlərlə yanaşı, digər kosmik obyektlərin kəşfinə kömək edə bilər.
 
Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL