Çin planetlərarası uçuşlar üçün raketin prototipini nümayiş etdirib
Çində Aya və uzaq kosmosa uçuşlar üçün yeni nəsil kosmik gəmi hazırlanır.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, məlumata görə, kosmik gəmi iki moduldan ibarətdir: ekipaj üçün çoxdəfəli istifadə modulu və gəminin hərəkətini, eləcə də ekipaj bölməsinin həyat təminatı sistemlərini dəstəkləyən xidməti modul.
Raketin uzunluğu 9 metr, uçuş zamanı maksimal çəkisi 20 ton təşkil edir.
Gəminin modullu dizaynla təchiz edilməsi yerinə yetirilən missiyadan asılı olaraq onun konstruksiyasını dəyişməyə imkan verir.
Hazırda adı naməlum olan yeni kosmik gəminin ilk sınaq uçuşunun 2020-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL