waplog

Dəri ekran ixtira olunub


Tokio Universitetinin alimləri ürək-damar xəstəliklərinin effektiv monitorinqini aparmağa imkan verəcək ultranazik dəri ekran icad ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, məlumata görə, ürək-damar xəstəlikləri bütün dünyada ölüm hallarının başlıca səbəbi olaraq qalır.

 

Bildirilir ki, dəri displey insana öz sağlamlığı haqqında operativ məlumat əldə etməyə imkan verir. Çox kiçik işıq diodlarından ibarət matrisa nəbz və digər göstəriciləri göstərə bilir. Bir millimetr qalınlığında qurğu istifadəçi üçün narahatlıq yaratmır. Bundan əlavə, ələ yapışdırılan ekran ovucu sıxmağa və açmağa mane olmur və hərəkət zamanı işləməkdə davam edir.

 

Yaponiya alimlərinin fikrincə, texnologiyanın kütləvi istehsalına başlamaq üçün çoxlu vəsait tələb olunmayacaq, qurğudan istifadə isə insanların gündəlik həyatını daha da yaxşılaşdırmağa imkan verəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL