waplog

Yevlaxda inşa olunan ehtiyat Data Mərkəzi üçün “TIER 3” sertifikatı alınıb


Məlumatların qorunması, etibarlı və keyfiyyətli "Azcloud" bulud xidmətlərinin portfoliosunu artırmaq üzrə ixtisaslaşmış "AzInTelecom" MMC tərəfindən Yevlaxda inşası davam edən ehtiyat Data Mərkəzinə ABŞ-ın "Uptime Institute" təşkilatının "TIER 3" dizayn sertifikatı artıq alınıb. Data Mərkəzin istismara verilməsi 2020-ci ilin birinci rübünə nəzərdə tutulub.

Ümumi tikinti sahəsi 1400 kv.m ərazini əhatə edən bu Data Mərkəzi alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri və ehtiyat enerji mənbələrini təmin edən yüksək qorunmalı sistemlərdən ibarətdir. Bu da öz növbəsində keyfiyyət səviyyəsinin 99,982 % artırılmasına zəmanət verir. Bundan başqa, enerjidən istifadənin optimallaşdırılması, enerji mənbələrinin idarə edilməsi və enerji paylaşdırıcı avadanlıqlar sayəsində ətraf mühitə tam zərərsiz Data Mərkəzi qurmaq mümkün olub.

Data Mərkəzinin daşına bilən xarakterli olması fövqəladə hallar zamanı məlumatların saxlanan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə daha təhlükəsiz əraziyə daşınması imkanı onun etibarlılıq səviyyəsini daha da artırmış olur.

Bununla yanaşı, Data Mərkəzi olaraq, İT idarəetməsi sahəsində mükəmməlliyi nümayiş etdirməyə və ən effektiv metodları tətbiq etməyə imkan verən "ISO/IEC 20000" standartı əldə ediləcək. Bunun sayəsində müştərilər proseslərin düzgün idarə olunmasına, eləcə də daim təkmilləşdirilməsinə tam şəkildə əmin ola bilərlər. Yüksək keyfiyyəti və biznes məqsədlərini rəhbər tutmaqla, proseslərin inteqrasiya olunmasına və məhsuldarlığı artırmağa imkan verən "ISO/IEC 20000" sertifikatı özlüyündə davamlı təkmilləşdirmə mədəniyyəti formalaşdırır ki, bu da İT xidmət sistemlərinin keyfiyyətinin artmasına gətirib çıxarır. Ən əsası isə xidmətlərin idarə olunmasına struktur yanaşma müştərilərdə inam yaranmasını təmin edir.

"AzInTelecom"un əldə etdiyi sertifikatlardan biri kimi "ISO/IEC 27001" standartının mövcudluğu informasiya təhlükəsizliyinin effektiv idarə olunmasının bariz sübutudur. "ISO/IEC 27001" şirkətin informasiya təhlükəsizliyinin idarəetmə sisteminin işlənib hazırlanması üçün nəzərdə tutulan standartdır. Şirkətin informasiya sisteminin şəffaflaşdırılması, biznes proseslərinin təhlükəsizliyi ilə bağlı əsas təhdidlərin aşkar edilməsi, təhlükəsizlik və idarəetmə sistemində təhdid və çatışmazlıqlardan qorunmaq üçün tövsiyələrin işlənib hazırlanmasından ibarət olan "ISO/IEC 27001" standartı şirkətin rəqabət qabiliyyətini və informasiya risklərini idarə etmək qabiliyyətini artırır.

Eyni zamanda  "PCI DSS" və "TIER 3 Facility" sertifikatlarının alınması istiqamətində işlər davam edir. "TIER 3" sertifikatının əsas xüsusiyyəti aktiv avadanlıqların "N + 1" prinsipi ilə soyutma boru kəmərləri, binadakı rabitə kanalları, elektrik qurğularının hər birinin isə "1+1" prinsipi əsasında rezervlənməsidir. Rezervlənmə nəticəsində "TIER III" əsasında inşa edilmiş Data Mərkəzində təmir və ya hər hansı bir sistemin sıradan çıxması zamanı fasiləsiz şəkildə fəaliyyət göstərməyə davam edəcək. "PCI DSS" standartı təşkilatların informasiya infrastrukturlarında köçürülən, saxlanan və işlənən kart sahibləri haqqında məlumatların təhlükəsizliyini təmin etmək üçün hazırlanan tələblər toplusudur ki, bu tələblər beynəlxalq tranzaksiyalarla işləyən bütün təşkilat və qurumlara aiddir. Standartın tələblərinə uyğunluğu təmin etmək məqsədilə müvafiq tədbirlərin görülməsi özündə məlumatların informasiya təhlükəsizliyini təmin etmək üçün kompleks yanaşmanı ehtiva edir.

"AzInTelecom" MMC-nin ehtiyat Data Mərkəzi vasitəsilə məlumatların qorunması ilə yanaşı, Yevlaxda quraşdırılan konteyner tipli infrastruktur vasitəsilə Azərbaycanla bütün dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon danışıqlarını  təmin edən stansiya sistemlərinin də coğrafi rezervlənməsi təmin olunur.

Qeyd etmək lazımdır ki, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Iayihəsi çərçivəsində Ədliyyə Nazirliyinə məxsus məlumatların rezervlənməsi məhz  sözügedən Data Mərkəzi vasitəsilə həyata keçiriləcək.









NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL