waplog

Bu ölkə Afrikada ilk dəfə smartfon istehsalına başlayıb


Ruandanın “Mara Phones” şirkəti Afrikada ilk smartfon istehsalına başlayıb. Bu haqda “The New Times” qəzeti məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, şirkət iki modelin (“Mara X” və “Mara Z”) kütləvi istehsalına başlayıb. “Android” əməliyyat sisteminin idarəetməsi altında işləyən həmin modellərin pərakəndə satış qiyməti müvafiq olaraq 190 və 130 dollar olacaq.

 

Ruandalı istehsalçılar hesab edirlər ki, onların cihazı “Samsung”un məhsulu ilə rəqabət apara biləcək. “Mara Group”un baş direktoru Aşış Takkarın fikrincə, zəngin ruandalılar sözügedən smartfonları yüksək keyfiyyətli olduğuna görə satın alacaqlar.

 

"Biz Afrikada ilk smartfon istehsalçısı olduq" – Takkar deyib. Gələcəkdə Ruanda regional texnologiya mərkəzinə çevrilmək niyyətindədir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL