waplog

Azərpoçt əməkdaşları ÜPİ-in regional seminarında iştirak edirlər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərpoçt MMC-in əməkdaşları Ümumdünya Poçt İttifaqının (ÜPİ) “Xidmət keyfiyyətinin yaxşılaşdırılması” strateji regional layihəsinin inkişafı çərçivəsində bu gün Moskvada öz işinə başlayan beşinci seminarında iştirak edirlər.

Seminar Regional Rabitə Birliyinin (RRB) İcraiyyə Komitəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. RRB-in rabitə administrasiyalarının layihə üzrə milli əlaqələndiricilərinin iştirak etdiyi tədbir zamanı göstərilən poçt xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Bundan başqa, noyabrın 24-də Moskvada RRB-in Poçt Rabitəsi Operatorları Şurasının işçi qrupunun iclası da keçiriləcək. İclasda ÜPİ-in 2012-ci ildə Dohada (Qətər) keçiriləcək 25-ci Konqresinə hazırlıq məsələləri müzakirə ediləcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL