waplog

Qlobal planşet tədarükünün həcmi 120 milyondan aşağı düşə bilər


“Digitimes Research” şirkətinin analitikləri 2019-cu ildə həm brend modellərə, həm də “white-box” istehsalçıların qurğularına tələbatın azalması fonunda qlobal planşet bazarında nəzərəçarpacaq azalma proqnozlaşdırır. Ekspertlər hesab edirlər ki, planşetlərin tədarük həcmi davamlı olaraq azalmağa davam edəcək və 2024-cü ilə sözügedən bazarın həcmi 120 milyondan aşağı düşə bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, brend planşetlərin tədarük həcminin böyük əksəriyyəti “iPad”ın payına düşür, amma analitiklərin fikrincə, yaxın vaxtlarda “Apple” artıq öz planşetlərini əvvəlki illərdə olduğu kimi aktiv yeniləməyəcək. “Digitimes Research”ün məlumatına görə, şirkətin “iPad” planşetinin qiymətini aşağı salmaq təcrübəsi isə, çətin ki, lazımi tələbatı stimullaşdıra biləcək.

 

2020-ci il üzrə proqnoza əsasən, planşetlərin tədarük həcmi çətinliklə 130 milyona yaxınlaşacaq. Gələcəkdə aşağı tələbat səbəbindən sözügedən cihazların tədarük həcmi hər il təxminən 2-3% azalmağa davam edəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL