waplog

“Xiaomi” şirkəti 5000 milliamper/saat tutumlu akkumulyatora malik çox ucuz smartfon təqdim edib


"Xiaomi" şirkəti "Redmi 8" smartfonunu təqdim edib. Yeni qurğunun əsas özəlliyi onun avtonomluğu və çəkilmiş şəkillərin keyfiyyətidir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, "Redmi 8" aparatı HD təsvir ölçülü 6,22 düymlük IPS ekranla təchiz edilib. Qurğunun displeyi "Gorilla Glass 5" şüşəsi ilə qorunur. Smartfon "Qualcomm Snapdragon 439" prosessoru, 4 QB əməli yaddaş və 64 QB daxili yaddaşa malikdir. Yeni smartfon 5000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib, istehsalçı "USB Type-C" portundan istifadə sayəsində 18 vatlıq sürətli simli şarj texnologiyasını əlavə etməyi unutmayıb. Əsas kamera 12 və 2 meqapiksellik ikiqat moduldan ibarətdir. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL