waplog

Tailand hakimiyyəti pulsuz “Wi-Fi” xidməti təqdim edən kafeləri istifadəçilərin məlumatlarını yadda saxlamağa məcbur edib


Pulsuz “Wi-Fi” xidməti təqdim edən restoran və başqa ictimai yerlərin rəhbərliyi istifadəçilərin internetdəki aktivliyi haqqında məlumatları 90 gün ərzində saxlamalıdırlar. Tailandın Rəqəmli İqtisadiyyat naziri Buddhiponqse Punnakanta izah edib ki, bu məlumatlar cinayət hadisələrinin araşdırılması zamanı lazım ola bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, "pulsuz Wi-Fi xidməti təqdim edən mağaza və kafelər istifadəçilərin məlumatını 90 gün ərzində saxlamalıdırlar ki, hüquq-mühafizə orqanları zərurət olduqda həmin məlumatı Kompüter Cinayətləri haqqında Qanunun 26-cı maddəsi çərçivəsində tələb edə bilsin" – “Khao Sod” nəşri nazirin sözlərindən sitat gətirib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL