waplog

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib


Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Mingəçevir şəhərində, nazirin birinci müavini Əli Abdullayev Yevlax rayonunda vətəndaşlarla görüşüb.

 

Nazir Mingəçevir və Ağdaş, nazirin birinci müavini isə Yevlax sakinlərini qəbul edib.

 

Vətəndaşlar tərəfindən əsasən nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları və poçt rabitəsi ilə bağlı müraciətlər səsləndirilib.

 

Vətəndaş müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ həlli ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, onlara həmin müraciətlərin aidiyyəti strukturlara göndəriləcəyi bildirilib.

 

Qeyd edək ki, sözügedən vətəndaş qəbulları mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin oktyabr ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilib.

 

Vətəndaş qəbullarından sonra nazir Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayev nazirliyin müvafiq qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

 

Müşavirədə vətəndaşların müraciətlərində irəli sürülmüş məsələlərlə bağlı müzakirə aparılıb.

 

Nazirliyin rəhbərliyi vətəndaş məmnunluğuna xüsusi diqqət edilməsinin vacibliyini vurğulayıb.

 

 

 

 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL