waplog

“OnePlus” qabaqcıl “7T” smartfonunun “Pro” versiyasını təqdim edib


"OnePlus" şirkəti qabaqcıl "7T" smartfonunun "peşəkar" versiyasını təqdim edib. "7T Pro" modeli "Qualcomm Snapdragon 855 Plus" adlı yeni prosessor və "Warp Charge 30T" adlı daha güclü enerji adapteri ilə təchiz edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, istehsalçının iddiasına görə, "7T Pro" modelinin akkumulyatoru 30 dəqiqə ərzində təxminən 68% enerji toplayır. Smartfon 1440x3120 piksel təsvir ölçülü 6,67 düymlük panel və korpusdan irəliyə doğru hərəkət edən ön kamera ilə təchiz edilib.

 

Proqram təminatına edilmiş təkmilləşdirmələr sayəsində kameranın məhsuldarlığı artıb. Obyektləri yaxından çəkməyə imkan verən makroçəkiliş rejimi əlçatan olub. "7T Pro" smartfonu "OxygenOS" sisteminin 10-cu versiyasının idarəetməsi altında işləyir.

 

"OnePlus 7T Pro" və onun "McLaren Edition" xüsusi versiyası Avropa, Çin və Hindistanda satışa çıxarılacaq. ABŞ-da satılmayacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL