waplog

Kompüter bazarının liderləri öz mövqelərini möhkəmləndiriblər


“Gartner” analitik şirkəti qlobal fərdi kompüter bazarı ilə bağlı keçirilmiş araşdırmanın nəticələrini təqdim edib. 2019-cu ilin üçüncü rübündə ümumilikdə 68 milyon masaüstü kompüter və noutbuk tədarük edilib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1% çoxdur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, böyük analitik Mikako Kitaqava “Windows 10” sisteminə keçidi bütün regionlarda fərdi kompüterlərə tələbatın artımı üzrə əsas katalizator kimi xarakterizə edib.

 

Qeyd edək ki, “Intel” prosessorlarının defisiti, ABŞ və Çin arasında ticarət müharibəsi üçüncü rübdə fərdi kompüterlərin satışına ciddi təsir göstərməyib.

 

Araşdırmaya görə, aparıcı istehsalçılar komponentlərin (əməli yaddaş və sərtgövdəli daşıyıcılar daxil olmaqla) qiymətini aşağı salmaqla kompüter biznesinin gəlirliliyini yaxşılaşdırıblar. Marjanın artımı “Lenovo”, “HP Inc.” və “Dell” şirkətlərinə öz mövqelərini möhkəmləndirməyə imkan verib.

 

2019-cu ilin iyul-sentyabrında “Lenovo” fərdi kompüter tədarükünü illik hesablama üzrə 5,8% artıraraq 24,7% bazar payı ilə liderliyini qoruyub. 22,4% bazar payına malik “HP Inc.” şirkəti ikinci yeri tutub. “HP” şirkəti iki rüb ardıcıl olaraq kompüter tədarükünü artırır.

 

Qlobal fərdi kompüter tədarükünün 16,6%-i “Dell” şirkətinin payına düşüb. Şirkət fərdi kompüter istehsalını 5,5% artırmağa nail olub.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL