waplog

“Sony” xəstələrin həyatını xilas etmək üçün 3D avadanlıq təqdim edib


"Sony" dünyada oyun konsolları, televizorlar və başqa rəqəmli texnika istehsalçısı kimi tanınır, lakin şirkət, həmçinin optik texnologiyalara xüsusi diqqət yetirir. "Sony" şirkəti Yaponiyada keçiriləcək "CEATEC 2019" konfransında yeni nəsil 3D kameralar təqdim etməyi planlaşdırır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Sony" şirkətinin yeni həlli cərrahi endoskopdan ibarətdir və kamera sensorunun təsvir ölçüsü 4K-dır. Yeni texnologiya cərrahi müdaxiləni minimuma endirərək insan orqanlarının dəqiq 3D çəkilişini etməyə imkan verir. Şirkətin tibbi avadanlıqların hazırlanmasında təcrübəsi olmadığını nəzərə alaraq, "Olympus" ilə birgə "Sony Olympus Medical Solutions" müəssisəsi təsis edilib. Yeni müəssisə həkimlərə pasiyentlərin vəziyyətinin təhlilini asanlaşdıran sistemlərin hazırlanması ilə məşğul olacaq.

 

Mürəkkəb emal alqoritmlərindən istifadə edən "Sony" və "Olympus" avadanlığı həkimlərə yüksək keyfiyyətli təsvir və video hazırlamağa kömək edəcək və onların araşdırılması xəstənin sonrakı müalicə kursu ilə əlaqədar lazımi qərarı tez qəbul etməyə kömək edəcək.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL