waplog

“Samsung” smartfonlarının barmaq izi müdafiəsi faydasız olub


"Samsung" şirkəti istənilən şəxsin "Galaxy S10" smartfonunun mühafizə sisteminə müdaxilə etməsinə imkan verən boşluğun mövcudluğunu etiraf edib. Bu haqda "Reuters" yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, ilk öncə həyat yoldaşı tərəfindən qurğusu blokdan çıxarılmış britaniyalı xanım bu problemlə üzləşib. Hava qatı yaradan və ultrasəs barmaq izi skanerinin işinə mane olan telefonun ekranına quraşdırılmış plyonka buna səbəb kimi göstərilir.

 

Cənubi Koreyanın "KaKaobank" onlayn-bankı "Galaxy S10" istifadəçilərini barmaq izi skaneri proqramına girişi deaktiv etməyə səsləyib. "Samsung"un nümayəndəsi bildirib ki, bu problem haqqında məlumatlıdırlar və təhlükəsizlik yenilənməsi üzərində işləyirlər.

 

Bildirək ki, "Samsung Galaxy S10" smartfonu 2019-cu ilin fevralında təqdim edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL