waplog

“Kaspersky Antidrone” sistemi satışa çıxarılacaq (Video)


Rusiyanın "Kasperski laboratoriyası" antivirus şirkəti antidron sisteminin satışlarına başlayacaq. Bu barədə "Vedomosti" qəzetinə "Kaspersky Antidrone" layihəsinin rəhbəri Vladimir Turov bildirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, onun sözlərinə görə, antidron sistemi pilotsuz uçan aparatların mühafizə olunan ərazilərə, o cümlədən sənaye obyektlərinə, kütləvi tədbirlərə və s. daxil olmasının qarşısını ala bilən proqram aparat kompleksidir. "Kasperski laboratoriyası" proqram təminatının hazırlanması ilə məşğul olur, şirkətin tərəfdaşları (onların adı açıqlanmır) isə qurğunun aparat hissəsi üzərində çalışırlar.

 

Məlumata görə, "Kaspersky Antidrone" sistemi hərəkət edən obyekti aşkarlaya, onun koordinatlarını müəyyənləşdirə, onları serverə ötürə və izləməyə başlaya bilir. Məlumatların analizi zamanı neyron şəbəkə tərəfindən sistemin dron aşkarlaması müəyyən edildikdə proqram idarəetmə pultu vasitəsilə pilotsuz uçan aparatın rabitə əlaqəsini bloklayır. Bu halda dron ya start nöqtəsinə dönür, ya da siqnalın bloklandığı əraziyə eniş edir.

 

Layihə rəhbəri qeyd edib ki, şirkətin proqramı qaydaları pozan pilotsuz uçan aparatlara ziyan vurmayacaq, hazır kompleksin qiyməti isə dronların modelindən asılı olaraq 100 min və 1 milyon dollar arasında dəyişəcək. Şirkət nümayəndəsi əlavə edib ki, hazırda "Kasperski laboratoriyası" sistemin tədarükü üçün heç bir şirkətlə saziş imzalamayıb, lakin bir neçə təşkilatla danışıqlar aparır. 2020-ci ildə 5-10 ədəd "Kaspersky Antidrone" kompleksinin satışı planlaşdırılır. Onların sifarişçisi qismində aeroportlar, böyük idman yarışlarının və kütləvi tədbirlərin təşkilatçıları, sənaye müəssisələri və VIP müştərilər çıxış edə bilər. Sistemin güc strukturlarına satışı barədə məlumat verilmir.

 

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, "Kasperski laboratoriyası" texnologiyası sınaqdan və nazirliyin bir sıra tələblərinə uyğunluq üzrə yoxlamadan uğurla keçdikdən sonra təchizata qəbul oluna bilər. Bundan başqa, nazirlik təmsilçiləri qeyd edib ki, hazırda bu sahədə həlləri onlarla şirkət təklif edir.

 

Nizam Nuriyev

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL